You can return to the old version of the website

Open old version

Əmlak Məsələləri Dövlət Komitəsinin "Elektron hökumət" portalı üzərindən təqdim etdiyi daha iki xidmət yenilənmişdir

2980
Print the text Copy text t1 t0 t2

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin "Elektron hökumət” portalı üzərindən təqdim etdiyi daha iki xidmət tam elektronlaşdırılaraq, yenidən istifadəyə verilmişdir:
– İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün müraciətin və sənədlərin qəbulu;
– İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin ləğvi üçün müraciətin və sənədlərin qəbulu.
 
Qeyd olunan xidmətlərdən yararlanmaq üçün portala müvafiq autentifikasiya vasitələrindən istifadə edərək giriş tələb olunur. Müraciət edənin şəxsiyyəti sistem vasitəsilə avtomatik müəyyən edilsə də, bu xidmətlərdən etibarnamə vasitəsilə səlahiyyətli seçilən şəxslərin istifadəsinə də şərait yaradılıb. İstifadəçilərinin rahatlığı üçün müraciət ərizələrinə əlavə olunmalı sənədlər ayrıca sənədyükləmə düymələri ilə tənzimlənir. Dövlət rüsumunun "GoldenPay” vasitəsilə ödənişi imkanı da yaradılmışdır.
 
Beləliklə, Komitənin "Elektron hökumət” portalı üzərindən təqdim etdiyi xidmətlərin sayı artıq 29-a çatmışdır. Tezliklə Komitə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların elektron şəkildə əldə edilməsini mümkün edəcəkdir.