You can return to the old version of the website

Open old version

“Elektron Hökumət” portalı və “Unibank” Kommersiya Bankı ASC-nin mütəxəssisləri arasında müzakirələr aparılmışdır

2930
Print the text Copy text t1 t0 t2

09.09.2014-cü il tarixdə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyilar Nazirliyinin Məlumat Hesablama Mərkəzində (MHM) Unibank” Kommersiya Bankı ASC-nin (Unibank) nümayəndələri ilə birgə görüş keçirilib və “Elektron Hökumət” portalı üzərindən vətəndaşlara aid fərdi məlumatlar üzrə elektron arayışların verilməsi layihəsi üzrə birgə əməkdaşlıq edilməsi barədə müzakirələr aparılıb. Layihənin prezentasiyasından sonra birgə əməkdaşlığa dair müqavilə imzalanması qərara alınıb və müqavilənin ilkin layihəsi hazırlanaraq Unibanka təqdim olunub.

Müqavilə şərtlərində səlahiyyətli bank əməkdaşlarına banka  müraciət etmiş hər bir müştərinin yazılı razılıq ərizəsi əsasında “Elektron Hökumət” portalı üzərindən “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayış” e-xidməti vasitəsilə vətandaşın  seçdiyi dövlət qurumlarının informasiya ehtiyatlarından onun haqqında fərdi məlumatların əldə olunmasına imkan yaradılması nəzərdə tutulur.

Eyni zamanda müştəri özü haqqında fərdi məlumatları “Elektron Hökumət” portalından qeydiyyatdan keçməklə özü formalaşdıraraq banka göndərə biləcəkdir. Fərdi məlumatlar üzrə elektron arayışda vətəndaşın şəxsiyyət vəsiqəsi haqqında məlumatlar, Dövlət Sosial Müdafiə Fondu informasiya sistemlərindən məlumatlar, telefon nömrələri və borcları haqqında məlumatlar, müəllimlər, səhiyyə işçiləri və dövlət qulluğu informasiya sistemlərindən məlumatlar əks olunacaqdır. Belə ki müştəri kağız daşıyıcısında heç bir sənəd təqdim etməsə belə onun haqqında fərdi məlumatların onun öz razılığı əsasında Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında” Qanunununa uyğun qaydada səlahiyyətli bank işçiləri tərəfindən “Elektron hökumət” portalından əldə olunması mümkün olacaq və bu məlumatlar bank tərəfindən hüquqi sənəd kimi qəbul ediləcək.

Həmçinin MHM tərəfindən elektron imza həlləri haqda da geniş məlumat verilmişdir. Belə ki, sənədlərin online imzalama imkanları bank sektorunda kreditlərin online ödənilməsi, online hərracların keçirilməsi kimi bir sıra üstünlüklər vermiş olacaqdır.  MHM-nin təqdim texnoloji yeniliklər Unibank tərəfindən maraqla qarşılanmış və gələcək fəaliyyətdə qarşılıqlı əməkdaşlıq edilməsi qərara alınmışdır.

Qeyd edirik ki, artıq bu layihə üzrə birgə əməkdaşlıq edilməsi üçün MHM ilə bir neçə bank arasında müqavilə imzalanıb və gələcəkdə digər banklarla da bu sahədə əməkdaşlıq edilməsi planlaşdırılır.