You can return to the old version of the website

Open old version

EHİM ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

1815
Print the text Copy text t1 t0 t2

10 yanvar 2019-cu il tarixində Elektron Hökumətin İnkişafı Mərkəzi ilə ADA Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənədi Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə imzalayıblar.

5 il müddətini əhatə edəcək memorandum universitetdə təhsil alan tələbələrin karyera hazırlığı, kadrların peşəkar inkişafına dəstək, o cümlədən müvafiq yönümlü layihələrə töhfə verilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsini əhatə edir.

Memorandum çərçivəsində tərəflər arasında ADA Universitetinin Karyera İdarəetmə Mərkəzi ilə əməkdaşlıq, müasir informasiya və kommunikasiya texnologiyaları üzrə birgə layihələrin həyata keçirilməsi, Azərbaycan Respublikasında böyük ölçülü verilənlər anlayışının təbliğ edilməsi, toplanması, analiz edilməsi və mövcud imkanların üzə çıxarılması razılaşdırılıb.

Həmçinin innovasiya ekosisteminin gücləndirilməsi, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi ilə birgə fəaliyyətin aparılması, süni intellekt alqoritmlərinin elektron hökumətdə mövcud sahələrə tətbiqi, inkişaf etdirilməsi, universitetin ixtisasartırma proqramları vasitəsilə peşəkar inkişaf proqramlarının təşkil olunması ilə bağlı birgə addımların atılması fəaliyyət istiqamətlərinə daxil edilib.