You can return to the old version of the website

Open old version

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müsabiqə elan etdi

3422
Print the text Copy text t1 t0 t2

Bu gün ”Elektron hökumət” portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi "Mənim Elektron Hökumətim” adı altında"Ən yaxşı məqalə” və "Ən yaxşı video material” olmaqla 2 (iki) nominasiya üzrəmüsabiqənin şərtlərini BMM-də keçirilən mətbuat konfransında elan etdi. Qeyd edək ki, 3 oktyabr tarixində elan edilən müsabiqə noyabrın 10-dək aparılacaq.

Təqdimatda Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini Elmir Vəlizadə, MHM-nin direktoru Nail Mərdanov, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı, Elektron Hökumət mövcud vəziyyət və gözləntilər mövzusunda çıxış etdi. Sonra isə müsabiqənin şərtləri elan olundu.

Müsabiqənin məqsədi və vəzifələri

- Dövlət orqanlarının təqdim etdiyi elektron xidmətləri geniş kütləyə çatdırmaq;

- Elektron hökumət portalının (e-gov.az) populyarlığını artırmaq;

- Yeni elektron xidmətlərin yaradılmasında səmərəli təkliflərdən yararlanmaq;

- Portalın fəaliyyətinin təkmilləşdirilməsi üçün çatışmazlıqları araşdırmaq;

Müsabiqə aşağıdakı mövzuları əhatə etməlidir:

- Elektron Hökumət nədir?

- Elektron Hökumət portalına nə üçün ehtiyacımız var?

- Ölkənizdə Elektron Hökumət necə fəaliyyət göstərir?

- Elektron Hökumətin cəmiyyət üçün faydaları.

Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək;

- Materialların ümumən mövzunu, konkret olaraq nəzərdə tutulan istiqaməti dolğun əhatə etmə səviyyəsi;

- Faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti;

- İfadə vasitələrinin zənginliyi;

- Oxucu üçün informasiyalılıq dərəcəsi;

- Qabaqcıl dünya təcrübəsi ilə müqayisə;

Müsabiqənin tələbləri:

1.Müsabiqədə jurnalistlərlə yanaşı, elmi işçilər, mütəxəssislər və elektron hökumətlə maraqlanan 18 yaşından yuxarı şəxslər iştirak edə bilər.

2. Müsabiqədə iştirak etmək istəyənlər ilk növbədə www.e-gov.az portalında qeydiyyatdan keçməli, məqalələri və ya video materialları göndərərkən qeydiyyat nömrəsini e-məktuba əlavə etməlidir. Qeydiyyat 2014-cü il noyabrın 10- dək aparılacaq.

3.Hər iştirakçı müsabiqəyə yalnız bir yazı və bir video süjet təqdim edə bilər.

4.Yazı həftədə ən azı bir dəfə dərc olunan mətbu orqanda və ya informasiya saytında dərc edilməlidir.

5. Hazırlanan video materiallar isə müsabiqəyə təqdim olunana qədər heç bir KİV-də nümayiş olunmamalıdır.

6. Video 1 -5 dəqiqəlik olmalıdır.

7.Məqalə 8000 -14000 simvol həcmində olmalıdır.

8. Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur;

9. Hər bir məqalə və süjet də "Elektron hökumət” portalının ünvanının (www.e-gov.az) göstərilməsi əsas şərtlərdəndir.

10. Qiymətləndirmə zamanı iştirakçının "Elektron hökumət” portalından istifadə fəallığını, bu sahədə mövcud olan materiallara, xarici mənbələrə istinadları nəzərə alınacaqdır.

9. Müsabiqə üçün yazılmış məqalələr və video süjetlər bu ünvana göndərilməlidir - musabiqa@rabita.az.

Müsabiqə hansı mərhələlərdən ibarətdir?

Müsabiqə "Ən yaxşı məqalə” və "Ən yaxşı video material” olmaqla 2 (iki) nominasiya üzrə oktyabrın 3-dən, noyabrın 10-u tarixinə qədər keçiriləcək. İştirakçılar məqaləsini müəyyən qəzet, jurnal və ya elektron KİV-də dərc etdirməli, məqalə və süjetin internet ünvanını Təşkilat Komitəsinə (musabiqa@rabita.az.) göndərməlidir. Məqalələrin dərc olunma tarixi qeydiyyat tarixindən sonrakı tarixə uyğun olmalıdır. Yazı və videolar RYTN tərəfindən müəyyən edilmiş peşəkar münsiflər tərəfindən qiymətləndiriləcək. Müsabiqənin nəticələri "Elektron hökumət” portalında dərc olunacaq.

Müsabiqənin mükafat fondu:

"Ən yaxşı məqalə” üzrə "Ən yaxşı video material” üzrə

1-ci yer - 2500 manat 1-ci yer - 2500 manat

2-ci yer - 1500 manat 2-ci yer - 1500 manat

3;4;5 yer – noutbuk 3;4;5 yer - noutbuk

Bundan başqa müsabiqədə iştirak edən hər bir iştirakçıya e-imza vəsiqəsi və kart oxuyucu təqdim ediləcək.

Müsabiqə barədə daha geniş məlumatları www.e-gov.az Elektron hökumət portalından, eləcədə RYTN-nin Mətbuat xidmətindən əldə etmək olar. Əlaqə telefonları: 157, (012) 5984271. Faks: (012) 565 14 52.