You can return to the old version of the website

Open old version

Kod-parol vasitəsilə "Elektron hökumət" portalına daxil olan istifadəçilərin sayı artmaqdadır

2674
Print the text Copy text t1 t0 t2

"Elektron hökumət" portalı elektronxidmətlərin "birpəncərə”prinsipiəsasında təşkilinin təmin edilməsi üçün öz üzərinə düşən öhdəlikləri mərhələli şəkildə icra edir. Hazırda portala 41 qurum üzrə 373 e-xidmət inteqrasiya edilmişdir. Portalın istifadəsini rahat etmək, eyni zamanda istifadəçilərin irad və təkliflərinin öyrənilərək nəzərə alınması məqsədilə "Mənim xidmətlərim", "Əks Əlaqə", "Məktub Yaz", "Əllilliyi olan Şəxslər üçün Onlayn Müraciət", "E-gov Fikir Bank" kimi istifadəçi yönümlü sevislər portalda əhalinin istifadəsinə verilmişdir.
 
Portal üzərindən təqdim edilən xidmətlərdən yararlanmaq üçün bir neçə autentifikasiya vasitələri seçilmişdir və digər vasitələrlə yanaşı bir qisim istifadəçilər əldə etdikləri kod-parol vasitəsilə portaldan istifadə edirlər.
 
Bu günə qədər:
Bakı üzrə 53851 vətəndaş kod-parol əldə etmişlər ki, onlardan 49554-ü onlayn qeydiyyat keçmiş, 4297-i qeydiyyat mərkəzlərindən kod-parol almışlar;
Sumqayıt şəhəri üzrə ümumilikdə 7185 vətəndaş qeydiyyat keçmiş, onlardan 6796-sı onlayn qeydiyyat keçərək kod-parol əldə etmiş, qalan 389-u qeydiyyat mərkəzlərindən kod-parol almışlar;
Gəncə şəhəri üzrə isə 6671 nəfər onlayn qeydiyyatdan keçmiş, 274 nəfər qeydiyyat qeydiyyat mərkəzlərindən kod-parol almışlar.
Bu günə qədər ümumilikdə, 122701 istifadəçi qeydiyyatdan keçmiş, onların 114211 nəfəri onlayn qeydiyyatdan keçmiş, 8490 nəfəri isə qeydiyyat mərkəzlərindən kod-parol almışlar.
 
"Elektron Hökumət" portalı e-xidmətlərin çeşidinin və keyfiyyətinin yüksəldilməsi ilə yanaşı rahat, istifadəçiyönümlü interfeys əldə etmək üçün hazırda bir sıra innovativ metodlar üzərində işləməkdə davam edir.