You can return to the old version of the website

Open old version

"Elektron Hökumət" portalı Təhsil Nazirliyi ilə əməkdaşlığı genişləndirir

5070
Print the text Copy text t1 t0 t2

Təhsil Nazirliyin daha bir elektron xidməti "Elektron Hökumət” portalına inteqrasiya edilmişdir.

Qurumungöstərdiyi "Diplom haqqında məlumatlar” xidməti də artıq portal üzərindən əhalinin istifadəsinə verilib. Bu xidmət vasitəsilə vətəndaşlar öz diplomları barədə məlumatı 2 cür əldə edə bilərlər:

 1.Diplomun seriya və nömrəsini daxil eyməklə;

2.Şəxsiyyət vəsiqəsinin nömrəsinə görə. Bu zaman portaldan autentifikasiyadan keçmiş vətəndaşın şəxsiyyət vəsiqəsinin nömrəsi və FİN-i avtomatik təyin olunur.

Bununla Təhsil Nazirliyinin "Elektron Hökumət” portalına inteqrasiya edilmiş e-xidmətlərinin sayı 3-ə çatmışdır.

Qeyd edək ki, elektronlaşdırılan xidmətlərin çeşidinin və keyfiyətinin artırılması istiqamətində "Elektron Hökumət” portalı digər qurumlarla da birgə fəaliyyətini davam etdirir.