You can return to the old version of the website

Open old version

AzDataCom ölkənin bütün ərazisini əhatə edən ən etibarlı internet provayderidir

3202
Print the text Copy text t1 t0 t2

AzDataCom internet provayderi olaraq  ölkəmizin bütün şəhər və rayon mərkəzlərini genişzolaqlı internet (ADSL) xidmətləri ilə təmin edə bilir. AzDataCom öz istifadəçilərinə  iqtisadi cəhətdən əlverişli, yüksək keyfiyyətli və istifadədə rahat olan internet və şəbəkə xidmətlərini təqdim edir və istənilən dövlət və özəl sektora aid idarə, bank, müəssisə və təşkilatların, ticarət şəbəkəsinin, anbarların və digər biznes strukturları olan iri müəssisələrin bir-birindən uzaqda yerləşən filiallarının və onların əməkdaşlarının qarşılıqlı əlaqəsinin bir mərkəzdən idarə olunması üçün yüksək sürətli multiservis şəbəkəsinə malikdir.

AzDataCom  öz fəaliyyətində aşağıdakı prinsipləri daima diqqət mərkəzində saxlayır:

  • Uzun müddətli əməkdaşlıq məqsədilə müştərilər üçün maksimum mənfəət və rahatlıq;
  • İşçilərin bacarığı və səriştəsi, hər bir müştəriyə fərdi yanaşma ilə təmin edilən yüksək xidmət səviyyəsi;
  • Müştərilərə qayğı, onların rəy və istəklərinin öyrənilməsi və təhlili və müştəri məmnunluğunun təmin edilməsi.

AzDataCom verilənlər baza şəbəkəsinin yaradılması istiqamətində tam xidmətlər paketini özündə əks etdirir və aşağıdakı xidmətlərin yüksək səviyyədə təqdim edilməsinə zəmanət verir:

  • Yüksəksürətli internet xidmətləri
  • VPLS, VLL xidmətləri 
  • LAN, MAN, WAN şəbəkələr 
  • Data Mərkəzlərinin yaradılması 
  • WEB TV xidmətləri 
  • Audio/video konfransın təşkili 
  • İnteraktiv xidmətlər MPLS xidmətləri
  •  VPN xidmətləri 
  • Təhlükəsizlik Kameralarının quraşdırılması 
  • ATM və POS terminlların qoşulması 
  • Mərkəzi Bankın Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) və Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi (KÖMIS) qoşulmа.

Yaradılmasından qısa müddət keçməsinə baxmayaraq korporativ və ADSL abunəçilərinin sayı sürətlə artır.

AzDataCom öz fəaliyyətində müştərilərin rahatlığını daima diqqət mərkəzində saxlayır. AzDataCom-un rəsmi internet saytında (http://www.azdatacom.azonline xidmətlər bölməsi mövcuddur. Şəxsi kabinetinə daxil ol hissəsində istifadəçi üçün müxtəlif imkanlar yaradılıb, burada istifadəçi işlətdiyi internetin həcmini görə bilər. Əgər müştərinin aldığı trafik bitibsə o,  AzdataCom kredit al xidməti vasitəsilə 1 günlük internet xidmətlərindən yararlana bilər.

Sürəti yoxla bölməsini vasitəsilə müştəri işlətdiyi internetin sürətini öyrənə bilir. Həmçinin, bu bölmədə Online ödəmə xidməti vasitəsilə istifadə ediləcək internet trafiki üçün online ödəniş etmək imkanı yaradılmışdır.

AzDataCom-un etibarlı müştəriləri arasında İqtisadi İnkişaf Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, “Azərpoçt” MMC, “Azərenerji ASC”, Bakı Slavyan Universiteti,  Mərkəzi Bank, "Expressbank" ASC", "Unibank" ASC,"Bank of Baku" və sair kimi dövlət və özəl qurumları görmək mümkündür.