You can return to the old version of the website

Open old version

Artıq "Unibank" da krediti elektron arayış əsasında verəcək

5653
Print the text Copy text t1 t0 t2

"Elektron Hökümət” portalının təqdim etdiyi "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” elektron xidməti portalın son zamanlar ən çox maraq cəkən xidmətlərindən biridir.

Artıq "Elektron Hökümət” portalı ilə əməkdaşlıq sayəsində "Unibank” Kommersiya Bankı ASC (Unibank) kredit rəsmiləşdirilməsi üçün elektron arayış xidmətindən istifadəyə başlamışdır. Müqavilə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və Unibank arasında imzalanıb. Müqavilə şərtlərinə əsasən bankın mərkəzi ofisində və filiallarında xidmətin tətbiqinə başlanılır.

"Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidməti vətəndaşlara dövlət və özəl təşkilatlar tərəfindən tələb olunan arayışların elektron şəkildə əldə edilməsi mərhələsini sadələşdirmək məqsədi üçün yaradılmışdır. Banklara müraciət edən zaman vətəndaş bu xidmətdən istifadə edərək banka getmədən onlayn rejimdə portala daxil olub, kredit almaq və digər məsələlər üçün öz elektron arayışını banka təqdim etmək imkanını əldə edəcək. Xidmətdən istifadə etmək üçün vətəndaş Elektron Hökumət Portalında autentifikasiyadan keçməlidir. İstifadəçi autentifikasiyadan keçdikdən sonra xidmətdən yararlana biləcək və bu zaman portal artıq öz istifadəçisini identifikasiya etdiyi üçün vətəndaşın fərdi məlumatları elektron arayışda avtomatik olaraq öz əksini tapacaq. Müştəri fərdi məlumatlar üzrə elektron arayışı evindən, iş yerindən və yaxud bankda bu layihə üçün quraşdırılmış xüsusi kompüter vasitəsilə də göndərə bilər.

Qeyd edək ki, elektron xidmətə daxil olunan zaman 7 dövlət qurumu tərəfindən vətəndaş haqqında məlumatlar təqdim olunacaq. Gələcəkdə daha cox qurumların məlumatları təqdim etməsı nəzərdə tutulub.

Elektron arayış sisteminin istifadə edərək vətəndaşlar bir sıra üstünlüklər əldə etmiş olacaq:

-Sutkanın 24 saatı, günün istənilən vaxtında banka onlayn kredit alma müraciətinin göndərilməsi imkanı;

-Vətəndaşlar üçün vaxt itkisini aradan qaldırılması və rahatlığın təmin edilməsi;

-Bürokratik proseslər ləğv edilməsi;

-İşlədiyi müəssisədən arayışın alınmasına zərurətin yaranmaması;

-Çalışdığı müəssə rəhbərliyinin işcinin kredit götürməsi haqqında məlumatlandırılmasına ehtiyacın olmaması.

Xidmət "Elektron hökumət” portalında 17.06.2014-cü il tarixdən istifadəçilərə təqdim edilib və keçən müddət ərzində 6710 dəfə bu xidmətə müraciət olunub.