You can return to the old version of the website

Open old version

Elektron Hökumətin formalaşdırılmasında Məlumat Hesablama Mərkəzinin rolu

2618
Print the text Copy text t1 t0 t2

Virtual idarəçilik sistemi kimi "Elektron Hökumət"in əsas vəzifəsi vətəndaşların ictimai xidmətlərdən istifadə səmərəsini artırmaqdır. "Elektron xidmətlər" cəmiyyətin gündəlik həyatını virtual məkana daşıyarkən canlı məmuru virtual məmurla əvəz edərək vətəndaşlara aşağıdakı üstünlükləri təqdim edir:

  • Vətəndaş növbə məcburiyyətindən azad olarkən vaxtına qənaət edir;
  • Əyləşdiyi yerdən, məkan və zaman qayğısı çəkmədən sosial problemlərini həll edə bilir;
  • Bu üstünlüklərin sahibi olaraq, köhnə bürokratik əməliyyatlardan azad olur; bunların hamısını hər hansı məmur olmadan, özü şəffaf və məlumatlı şəkildə icra etdiyi üçün daxili məmnunluq və rahatlıq hissi keçirir.

"Elektron Hökumət" portalının operatoru kimi Məlumat Hesablama Mərkəzinin (MHM) başlıca vəzifəsi yuxarıda qeyd olunanları reallaşdırmaqdan ibarətdir. Virtual cəmiyyətin formalaşdırılmasında "Elektron Hökümət" portalının rolu çoxşaxəli olduğu kimi, MHM-in rolu da geniş çərçivəlidir.

İlk növbədə MHM Nazirlər Kabinet tərəfindən təsdiq edilmiş bütün e-xidmətlərin portala inteqrasiya ediməsi üçün mütəmadi olaraq qurumlarla iş aparır. Əlbəttə ki, MHM-in bu istiqamətdə fəaliyyəti qurumlar tərəfindən təqdim olunan xidmətləri portala inteqrasiya etməklə kifayətlənmir. MHM texniki qoşulmaların, serverlərin və şəbəkənin təhlükəsizliyini təmin etməklə yanaşı daima sosial tələbat olan sahələri, xidmətləri öyrənir. Bu xidmətlərin maksimum sadələşdirərək elektron şəkildə vətəndaşlara təqdim olunması barədə təkliflər irəli sürür, ictimai sferanın sosial təlabatlarını obyekt seçərək vətəndaşlara çoxfunksiyalı portal təqdim edir.

Hal-hazırda fəaliyyətdə olan "Elektron Hökumət" portalını ilk versiyası ilə müqayisə etsək, əlavə edilən bir sıra istifadəçi yönümlü funksiyaların əhəmiyyətinin şahidi olarıq:

  • Qeydiyyatsız xidmətlər, qeyri-rezident, sahibkar, vətəndaş kimi qrupların əlavə edilməsi;
  • "Mənim xidmətlərim" bölməsinin yaradılması;
  • "Əks Əlaqə", "Müraciətlər" bölməsinin yaradılması;
  • Tezliklə təhvil veriləcək "Rəsmi Yazışmalar" bölməsinin hazırlanması;

 

Bu funksiyaları təqdim edərkən MHM-in əsas məqsədi "Elektron hökumət" portalını istifadəçilər üçün daha cəlbedici və əlverişli etmək, doğma virtual sosial xidmət məkanını formalaşdırılmaqdır.

Cari ilin oktyabr ayından başlayaraq bütün dövlət qurumlarının İnformasiya ehtiyatları və Sistemlərinə MHM-in işçi qrupu tərəfindən monitorinqlər keçirilir, məlumat bazaları, onların imkanları öyrənilir. Sonda nəticələr yekunlaşdırılaraq "Elektron hökumət" portalı üçün konkret təkliflər hazırlanacaqdır.

Eyni zamanda MHM tərəfindən beynəlxalq təcrübə öyrənilir, yeni təcrübələr portala tətbiq edilir. Bu yaxında MHM-in nümayəndələrinin İstanbulda, Astanada, Florensiyada keçirilən sərgilərdə iştirakından sonra e-arayışların tətbiq edilməsi üzərində iş gedir. Tezliklə, "Elektron Hökumət" portalı vasitəsilə aşağıdakı arayışların vətəndaşlara elektron şəkildə təqdim edilməsi də mümkün ediləcək:

- Yaşayış yeri barədə elektron arayışın verilməsi

- Diplom barədə elektron arayışın verilməsi

- Rabitə xidmət borcları olmaması barədə elektron arayışın verilməsi

- Kommunal xidmət borcları olmaması barədə elektron arayışın verilməsi

- Abituriyentin ali məktəbə daxil olması barədə elektron arayışın verilməsi (Səfərbərlik Xidmətinə vermək üçün)

- İş yeri və əmək haqqı barədə elektron arayışın verilməsi

- Sağlamlıq barədə tibbi elektron arayışın verilməsi

- Pensiya kapitalı barədə elektron arayışın verilməsi

- Portal vasitəsilə bəzi etibarnamələrin verilməsi

- Şəxsiyyət vəsiqəsinin elektron sürəti

MHM mütəmadi olaraq "Elektron Hökumət" portalının təbliğat-təşviqat kompaniyaları, seminarlar, maarifləndirmə xarakterli tədbirlər həyata keçirir. MHM "Elektron Hökumət" quruculuğunda öz üzərinə düşənləri həyata keçirərək, virtual cəmiyyətin yaranma və inkişaf prosesini sürətləndirir.