AZ EN
Welcome to e-gov.az, in order to use all the services, you have to log in

e-gov.az portalı “ASAN Login”ə inteqrasiya edilib

745 Print the text Send the text

e-gov.az - elektron hökumət portalı “ASAN Login” Vahid Giriş Sisteminə inteqrasiya edilib. Vətəndaşlar artıq ənənəvi giriş üsulu olaraq “Elektron hökumət” sistemi tərəfindən vətəndaşa təqdim edilən istifadəçi adı və şifrə ilə portala daxil olmaqla yanaşı, e-gov.az portalına “ASAN Login”lə də daxil ola bilirlər.

İndi vətəndaşlar e-gov.az elektron hökumət portalına “ASAN Login” vasitəsilə təmin edilən 5 giriş imkanı ilə daxil ola bilirlər:

• İdentifikasiya nömrəsi ilə

• Sima İmza ilə;

• Asan İmza ilə;

• Elektron imza ilə;

• BSXM Elektron imza ilə.

Həmçinin yekunlaşmış inteqrasiya sayəsində portalla “myGov” şəxsi kabinetinə birbaşa keçid imkanı təmin edilib. Artıq istifadəçilər bir kliklə portal vasitəsilə qurumlar tərəfindən təqdim edilən informativ və interaktiv xidmətlərlə yanaşı şəxsi kabinetlərinə keçid edə bilərlər. Bunun üçün vətəndaşlar e-gov.az portalına daxil olduqdan sonra ad və soyadın yanındakı hissədən “myGov şəxsi kabinetim”ə klikləyərək “myGov” elektron hökumət portalına keçid edə bilərlər.

01.09.2022-ci il tarixindən etibarən "Elektron hökumət" portalı vasitəsilə verilmiş istifadəçi adı və şifrə ilə giriş dayandırılacaqdır. Yəni portala giriş qeyd edilən tarixdən etibarən yalnız "ASAN Login" vasitəsilə mümkün olacaq. Buna görə də "ASAN Login" sistemində hesabı olmayan vətəndaşların qeydiyyatdan keçməsi tövsiyə olunur.

“ASAN Login”də qeydiyyatdan keçməklə bağlı təlimat videosunda tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=qunc9l-PW-s

Xatırladaq ki, e-gov.az portalında hazırda 37 qurum tərəfindən elektron xidmətlər göstərilir. Portalın istifadəçi sayı 1 milyon 400 minə yaxındır. “ASAN Login”in istifadəçi sayı isə 2.5 milyondan çoxdur.

  • 454

    Number of available services on the portal