You can return to the old version of the website

Open old version

Məlumat Hesablama Mərkəzininin təşəbbüsü ilə Azərbaycan Dövlət Neft Akademiyasında "Elektron Hökumət" mövzusunda maarifləndirici təlim keçirildi

2471
Print the text Copy text t1 t0 t2

"Elektron Hökumət" portalının operatoru Məlumat Hesablama Mərkəzinin (MHM) təşəbbüsü ilə 06.11.2014-cü il tarixdə Azərbaycan Dövlət Neft Akademiyasında"Elektron yeniliklərə uyğunlaşa bilirikmi?!" başlığı altında "Elektron Hökumət" quruculuğu istiqamətində təlim keçirilmişdir. Təlimin dinləyiciləri gələcəyimizin təminatçıları olan gənc tələbələr idi. MHM-in nümayəndə heyəti tələbələrə elektron xidmətlərin sosial həyatdakı rolundan bəhs edərək "Elektron Hökumət" portalı və vətəndaşlara təqdim olunan e-xidmətlər barədə prezentasiya üzrə təfsilatlı informasiya verdi. Elektron xidmətlərin gələcək prioritetləri və bu istiqamətdə gənclərin üzərinə düşən vəzifələr ətraflı şərh edildi, elektron sənəd mübadiləsinin əhəmiyyəti müzakirə edildi.

Təlimdə, həmçinin "E-imza" infrastrukturu haqqında ətraflı məlumat verildi. E-imza vasitəsilə kargüzarlıq işinin təşkilinin kağız üzərində aparılan işlə müqayisəli təhlili aparılaraq e-imzanın üstünlükləri izah olundu. Tələbələrə prezentasiya əsasında "Elektron hökümət" portalı (www.e-gov.az) və E-imza saytı (e-imza.az) üzrə praktiki biliklər aşılandı.

Təlim sual-cavab əsasında davam etdirildi. Tələbələrin "Elektron Hökumət" quruculuğu barədə rəyləri, gözləntiləri öyrənildi.

Bu günkü gənclərin ölkənin ictimai-siyasi həyatında rolu danılmazdır. Təlimdə ölkəmizin tərəqqisi naminə qarşıya qoyulmuş vəzifələri həyata keçirəcək bacarıqlı gənclərin say çoxluğu müşahidə edilirdi. Düşünürük ki, fəal gəncliyimiz "Elektron Hökümət" infrastruktrunun gələcək inkişaf modelində aparıcı rol oynayacaqlar.

Bu cür tədbirlərin gələcəkdə digər ali təhsil müəssisələrində də keçirilməsi planlaşdırılır.