You can return to the old version of the website

Open old version

"Elektron Hökumət" portalına daha bir qurum inteqrasiya olundu

3275
Print the text Copy text t1 t0 t2

"Elektron Hökumət" portalı üzərindən xidmət edən qurumların sayı artıq 49 oldu. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti noyabr ayının 20-dən etibarən 4 elektron xidmətini portal üzərindən vətəndaşların istifadəsinə təqdim etdi. Bu xidmətlərə,

  • "Hərbi xidmətkeçmə haqqında arayışın verilməsi üçün müraciətin və sənədlərin qəbulu";
  • "İtirilmiş hərbi bilet və ya təhkimetmə vəsiqələrinin əvəzinə yenisinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu";
  • "SHXÇDX-dən arxiv arayışlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu";
  • "SHXÇDX-yə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciətin və sənədlərin qəbulu" daxildir.

Əlavə edilən xidmətlərdən istifadə etmək üçün portalda qeydiyyatdan keçmək tələb edilir. Qeydiyyatdan keçdikdən dərhal sonra müraciət ərizəsi açılır və müvafiq xanalar doldurulduqdan sonra göndər düyməsi seçilir.
Beləliklə, "Elektron Hökumət" portalı üzərindən təqdim edilən elektron xidmətlərin sayı artıq 386-dır.