You can return to the old version of the website

Open old version

“Elektron hökumət” portalı təkzib etdi

4531
Print the text Copy text t1 t0 t2

4 fevral 2016-cı il tarixində bəzi kütləvi informasiya vasitələrində  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "Elektron hökumət" portalına inteqrasiya edilmiş 13 xidmətindən hazırda yalnız 5 elektron xidmətinin işlək olduğu haqqında məlumat yayılıb.

Bununla əlaqədar “Elektron hökumət” portalının operatoru Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi bildirir ki, bu qurumun təqdim etdiyi mövcud e-xidmətlərdən bir qisminin aktiv olmaması ƏƏSMN-də aparılan islahatlarla bilavasitə bağlıdır. Aparılan yeni islahatlara uyğun olaraq həmin xidmətlər üzərində vətəndaşların daha asan və rahat formada istifadəsinə uyğunlaşdırılması üçün texniki təkmilləşdirmə işləri aparılır.

Hazırda ƏƏSMN-nin "Elektron hökumət" portalı üzərindən təqdim etdiyi 7 elektron xidmət tam şəkildə işləkdir və vətəndaşların istifadəsindədir. Qeyd edək ki, təkcə yanvar ayı ərzində qurumun təqdim etdiyi 7 xidmətə 174708 dəfə  müraciət edilib.

Xatırladaq ki, ƏƏSMN-i "Elektron hökumət" portalı üzərindən aşağıdakı 7 adda elektron xidmətləri  təqdim edir. 

*  İş yerinə dair arayış

*    Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi

*    Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi

*    İşsizlik müavinətinin məbləğinin hesablanması kalkulyatoru

*    Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator

*    Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi

*    Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi